Vens: "Zelenski ilə Ağ Evdəki gərginlik amerikalılar üçün faydalı oldu"
11:11 DünyaABŞ vitse-prezidenti Cey Di Vens Zelenski ilə Oval kabinetdə baş verən mübahisəni şərh edib.
Olaylar.az xəbər verir ki, o bildirib ki, bu qarşıdurma ABŞ-la Ukrayna arasındakı real fikir ayrılıqlarını üzə çıxarmaq baxımından mühüm rol oynayıb.
"İnsanlar bəzən fərqli fikirdə olur. Mən nəyisə dəyişərdimmi? Oval kabinetdə açıq qalmaqal yaşanmağını istəyirdimmi? Mütləq deyil. Amma hesab edirəm ki, bu, ABŞ və Ukrayna arasındakı real ziddiyyətləri göstərdi. Bu isə amerikalılar üçün faydalı oldu. Əminəm ki, belə söhbətlər davam edəcək", - deyə Vens USA Today-ə müsahibəsində vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31