İCАО: Pilotların yaş həddi 67-yə qaldırıla bilər - ÖZƏL

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAО) sentyabr ayında pilotların yaş həddini 65-dən 67-yə qaldırmaq məsələsini müzakirəyə çıxaracaq. Olaylar.az xəbər verir ki, bu təklif təşkilatın saytında yerləşdirilib və İCАО-nun 42-ci Assambleyasının gündəliyinə daxil edilib. Təklifin təşəbbüskarı dünya üzrə 350-dən çox aviaşirkəti birləşdirən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) olub. Assosiasiya bildirir ki, bu "çətin, amma məntiqli addımdır və təhlükəsizlik normalarına uyğundur", eyni zamanda dinamik inkişaf edən mülki aviasiyada pilot çatışmazlığı ilə bağlıdır. Hazırkı qaydalar İCАО tərəfindən 65 yaşdan yuxarı pilotların uçuşuna qadağa qoyur. Bu limit 2006-cı ildə 60 yaşdan 65-ə qaldırılmışdı. IATA təklifinə görə, kabinədəki iki pilotdan ən azı birinin 65 yaşdan aşağı olması tələb olunur, əgər onun yoldaşı yaş həddini keçibsə.
Assosiasiya İCАО-nun son 19 il ərzində aparılan tibbi monitorinq qrupunun məlumatlarına istinad edərək bildirir ki, yaş həddinin artırılması aviatsiya təhlükəsizliyinə mənfi təsir göstərməyəcək. Eyni zamanda, IATA qeyd edir ki, 65 yaşdan yuxarı pilotlar üçün fərdi və ciddi tibbi yoxlamalar mütləqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31