2025-ci ildə NATO ölkələrinin müdafiə büdcələri ÜDM-in 2%-inə çatacaq - ÖZƏL

2025-ci ildə NATO ölkələrinin müdafiə xərcləri, İslandiyanı istisna olmaqla, hər birinin ÜDM-inin 2%-ni təşkil edəcək. Alyansın ümumi müdafiə büdcəsi təxminən 1,4 trilyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Olaylar.az xəbər verir ki, bu barədə NATO-nun üzv ölkələrin müdafiə xərcləri ilə bağlı hesabatında bildirilib.
2025-ci ildə müdafiə xərclərinin artımı 15,9% gözlənilir. Alyans ölkələrinin hərbi büdcələri 2014-cü ildən etibarən davamlı şəkildə artır, o zaman sonuncu dəfə azalma qeydə alınmışdı. Bu illər ərzində daha yüksək artım tempi yalnız 2024-cü ildə (18,6%) müşahidə olunub. İlk dəfə olaraq, İslandiya istisna olmaqla, bütün NATO ölkələri müdafiə xərclərini ÜDM-in 2%-inə çatdırıb. Bu, on il ərzində əksər üzv ölkələrin çata bilmədiyi əvvəlki hədəf səviyyəsi idi. 2024-cü ildə bu hədəfə yalnız 32 ölkədən 18-i nail olmuşdu, bir il əvvəl isə belə ölkələrin sayı cəmi 10 idi. İyun ayında Haaqa sammitində yeni hədəf müəyyən olunub: alyans ölkələri 2035-ci ilə qədər ÜDM-in 5%-ini müdafiəyə ayırmalı, bunlardan 3,5%-i birbaşa hərbi xərclərə, 1,5%-i isə müdafiə ilə bağlı mülki infrastruktur layihələrinə sərf olunmalıdır. Şərqi Avropa ölkələri bu hədəfə yaxın göstəricilərə malikdir: Polşa (4,48%), Litva (4%), Latviya (3,73%), Estoniya (3,38%). Bundan əlavə, bu il Norveç, ABŞ və Danimarka da ÜDM-in 3%-dən çoxunu müdafiəyə xərcləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31