Kiyevə DƏHŞƏTLİ ZƏRBƏ - Zelenski Çin və Macarıstana ÇAĞIRIŞ ETDİ

Kiyevdə Rusiyanın növbəti kütləvi zərbəsindən sonra dağıntıların təmizlənməsi davam edir. Raketlər və dronlar yaşayış binasını vurub, ən azı 8 nəfərin öldüyü məlumdur.

Olaylar.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.

"Hazırda Kiyevdə Rusiyanın zərbəsindən sonra yaşayış binasının dağıntıları təmizlənir. Şəhərlərimizə və icmalarımıza qarşı növbəti kütləvi hücum əyata keçirilib. Təəssüf ki, ən azı 8 nəfərin öldüyü məlumdur. Onların arasında bir uşaq da var", - Zelenski deyib.

Ukrayna lideri əlavə edib ki, insanlar hələ də dağıntılar altında qala bilər və artıq onlarla yaralının olduğu bildirilir.

Onun sözlərinə görə, bu günkü hücumlar dünyada atəşkəs və diplomatiya çağırışı edən hər kəsə açıq cavabdır:

"Rusiya danışıqları deyil, ballistik raketləri, müharibəyə son qoymağı yox, öldürməyə davam etməyi seçir. Bu, göstərir ki, Rusiya hələ də bunun nəticələrindən çəkinmir".

Zelenski Kiyevə hücumdan sonra Çin və Macarıstana da müraciət edib:

"Baş verənlərə Çinin reaksiyasını gözləyirik. Çin dəfələrlə müharibəni genişləndirməməyə və atəşkəsə çağırıb, amma bu, Rusiyaya görə baş vermir. Biz Macarıstanın reaksiyasını da gözləyirik".

Zelenski Kiyevdə dünyada sülhə çağıran hər kəsdən cavab gözlədiyini vurğulayıb və dünyanı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31