18-22 yaş arası kişilər Ukraynanı tərk etməyə başlayıblar - ÖZƏL

Ukrayna ərazisində 18-22 yaş arasında olan kişilər, ölkədən çıxışına icazə verilməsindən dərhal sonra sərhədi keçməyə başladılar. Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.
"Bu gündən etibarən yeni qayda qüvvəyə minib və sərhədçilər artıq sərhədi keçmək istəyən ilk şəxsləri qəbul ediblər. Bəziləri artıq buraxılış məntəqələrində qeydiyyatdan keçərək ölkədən çıxış edib", - deyə o, "Rada" telekanalına verdiyi müsahibədə bildirib. Ukraynada səfərbərlik yaşı 25 olaraq müəyyən edilsə də, hərbi vəziyyət dövründə 18 yaşdan yuxarı bütün kişilərin sərbəst xaricə çıxışı qadağan olunmuşdu. Bu isə gənclərin ölkədən çıxışına səbəb olmuş, valideynlər uşaqlarını 18 yaşa çatmadan ölkədən çıxarmışdılar.
12 avqust tarixində Prezident Volodimir Zelenski hökumətə və hərbi rəhbərliyə 18-22 yaşlı kişilərin sərhədi daha asan keçməsi üçün tapşırıq verib. Hökumət vəd olunan müddətdə qərar qəbul edə bilməyincə, bu təşəbbüsü Ukrayna Ali Radasının deputatları öz üzərlərinə götürərək 25 avqust tarixində 24 yaşadək kişilərin ölkədən çıxmasına icazə verən qanun layihəsini təqdim etdilər. Daha sonra Zelenski Baş nazir Yuliya Sviridenko ilə iclas keçirib və 26 avqust axşamı Sviridenko bildirib ki, hökumət 18-22 yaşlı kişilərin ölkədən çıxışına icazə verən qərar qəbul edib. Qərar 27 avqust tarixində rəsmi olaraq dərc olunub və 28 avqustdan qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31