Avropadan müharibə xəbərdarlığı: Bu ölkə hücuma keçəcək

İtaliyanın baş nazirinin müavini və nəqliyyat naziri Matteo Salvini Avropa siyasətçilərini hərbi həll yollarına deyil, diplomatiyaya üstünlük verməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, o, "Sussidiario.net" saytına müsahibəsində bəzi Avropa hökumətlərini və Brüssel rəsmilərini diplomatik səyləri kənara qoyaraq hərbi aspektlərə həddindən artıq diqqət yetirməkdə tənqid edib.

Salvini münaqişələrin sülh yolu ilə həllini müdafiə edən Papa XIV Leo-nun mövqeyini dəstəkləyərək deyib:

"Biz keçmişdə - Napoleondan Hitlerə qədər heç bir fayda gətirməyən Rusiyaya qarşı mümkün olmayan müharibələr haqqında düşünməkdənsə, Papa XIV Leo-nu dinləyib diplomatiyaya sərmayə qoymalıyıq".

Xatırladaq ki, avqustun 22-də politoloq Vladimir Jaralla da Avropanın Rusiya ilə bağlı müharibə arzusunun əslində gücsüzlükdən qaynaqlandığını, Brüsselin ABŞ Prezidenti Donald Trampı hər vasitə ilə öz tərəfinə çəkməyə çalışdığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31