SENSASİYA: Fransa müharibəyə hazırlaşır: “2026-cı ilin martından…”

Fransa Səhiyyə Nazirliyi hərbi qarşıdurma zamanı yaralıların mümkün kütləvi qəbulu üçün həkim və tibb işçilərini hazırlamağı tapşırıb.

Globalinfo.az bildirir ki, bu barədə Fransanın əmək, səhiyyə, həmrəylik və ailə naziri Ketrin Votrin məlumat verib.

Onun sözlərinə görə, bu, strateji ehtiyatların yaradılması istiqamətində atılan addımların bir hissəsidir.

"Bir ölkənin böhranları və onların nəticələrini qabaqcadan görməsi tamamilə normaldır. Bu, mərkəzi orqanların məsuliyyətinin bir hissəsidi. Odur ki, xəstəxanalar müharibə vəziyyətində minlərlə yaralı əsgəri qəbul etməyə hazır olmalıdır".

Fransa Səhiyyə Nazirliyinin regional səhiyyə qurumlarına verdiyi göstərişi "Le Canard enchaine" qəzeti dərc edib. Sənəddə Avropada baş verə biləcək "böyük toqquşma"dan və 2026-cı ilin martından gec olmayaraq buna hazırlaşmaq zərurətindən bəhs edilir. O vaxta kimi, təlimata uyğun olaraq, avtobus və ya qatar stansiyalarının, limanların yaxınlığında xəstələr üçün tibb mərkəzləri yaradılmalıdır. Hər bir mərkəz iki ay ərzində təxminən 100 yaralı müalicə etməli və pik vaxtlarda ən azı 250 yaralının müalicəsini həyata keçirməlidir. Bundan əlavə, lazım gələrsə, hətta mülki xəstələrin hesabına hərbi qulluqçular üçün çarpayıların boşaldılması təmin edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31