Aleksey Çepadan Bakı-Moskva münasibətləri barədə açıqlama - heç belə danışan olmamışdı

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin birinci sədr müavini Aleksey Çepa Azərbaycanla Rusiya arasındakı son gərginliyə münasibət bildirib.

O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər həqiqətən də pisləşib və bu proses kənardan dəstəklənir:

"Bu kənardan dəstəklənir, təəssüf ki, elə qüvvələr var ki, bu münasibətləri dağıtmağa çalışırlar", - deyə Çepa vurğulayıb.

Deputat əlavə edib ki, tarixi proseslərdə Azərbaycan daim qonşularına yardım göstərib, o cümlədən İranla on iki günlük müharibə zamanı Rusiya vətəndaşlarına dəstək olub.

Onun fikrincə, hazırkı şəraitdə də əsas məsələ qarşılıqlı dəstək və əməkdaşlıqdır, əks halda, bölgədə yeni münaqişələr yarana bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Azərbaycanın Rusiya ilə münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımadığını bəyan etmiş, ölkəsinin "heç vaxt aqressiya və ya hörmətsizlik təzahürlərinə dözməyəcəyini" vurğulamışdı.

Deputat Çepanın "kənar güclər" barədə dediyi isə yalandır. Moskvanın Bakı ilə münasibətlərini Kremldən başqa pozan kimsə yoxdur..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31