ABŞ-də katolik məktəbində atışma olub - 2 ölü və onlarla yaralı var


Minnesota ştatının Minneapolis şəhərində katolik məktəbi və kilsədə baş verən atışma nəticəsində azı 2 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.

APA xəbər verir ki, atışma uşaq bağçasının 8-ci siniflərində oxuyan uşaqlar üçün təşkil olunan dini ritual zamanı baş verib.

Şahidlərin sözlərinə görə, atıcı tüfənglə atəş açıb, sonra isə özünü öldürüb. Xəsarət alanlar arasında ən azı 5 uşaq da olub və onlar Minnesota Uşaq Xəstəxanasına aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31