Türkiyədə Kapalıçarşıda əməliyyat - 1,2 milyard lirəlik brilyant ələ keçirildi
27 Avqust 20:04 DünyaTürkiyənin İstanbul şəhərində qaçaqmalçılıq yolu ilə gətirilən brilyantlarla bağlı aparılan istintaq çərçivəsində məşhur Kapalıçarşıda 23 iş yerində əməliyyat keçirilib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 40 şübhəli saxlanılıb.
Həmçinin, axtarışlar zamanı brilyant, müxtəlif qiymətli daşlar, 135 zinət əşyası, 1 132 qiymətli metal, odlu silahlar, 267 tarixi əsər və çox sayda rəqəmsal materiallar ələ keçirilərək müsadirə edilib.
Qiymətli daşların təxmini bazar dəyəri isə 1 milyard 250 milyon türk lirəsi (təxminən 52 milyon manat) məbləğindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31