Britaniya Fransadakı böhrana görə miqrant axınından qorxur

Britaniya hakimiyyəti Fransadakı böhrana görə La-Manş boğazını keçən qeyri-qanuni miqrantlara qarşı mübarizənin zəifləyəcəyindən ehtiyat edir.

Bakupost.az xəbər verir ki, bu barədə "The Times" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir: "Fransada siyasi vəziyyət çətindir. Biz hələ də ümid edirik ki, onlar bunu qaydaya salacaqlar, lakin bu hadisələrə görə vəziyyət daha da çətinləşib".

Söhbət La-Manş boğazında miqrantların olduğu qayıqların tutulmasından gedir. Fransa qanunlarına görə, artıq boğazı keçən miqrantları tutmaq qadağandır - Fransa hüquq-mühafizə orqanları ayrı-ayrı hallarda müdaxilə edə bilər.

Fransa polisi artıq quruda miqrasiya axınının dayandırılmasına imkan verən dəniz qanunvericiliyinə dəyişikliklərin lehinə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31