Tramp Soros və oğlunu ittiham etdi
18:57 DünyaTramp Corc Soros və oğlunu ABŞ-dakı etirazlara dəstək verdiklərinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
Axar.az xəbər verir ki, o bu barədə özünün "Truth Social" səhifəsində yazıb.
Tramp Corc Soros və onun oğlunu ölkədə baş verən etirazlara dəstək verməkdə ittiham edib:
"Soros və onun psixopatlar qrupu ölkəmizə çox böyük ziyan vurdular! Buraya onun Qərbdəki "dəli" dostları da daxildir. Ehtiyatlı olun, biz sizi izləyirik!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31