Putinə yaxın olmadığını sübut etmək üçün məhkəməyə ÜZ TUTDU

Rusiyalı milyarder və USM Holdinqin təsisçisi Əlişir Usmanov Almaniyanın Hamburq Federal Məhkəməsində Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə bağlı iddialara görə Avropa İttifaqı Şurasına qarşı böhtan iddiası qaldırıb.

Musavat.com xəbər verir ki, məhkəmə Usmanovun Putinə yaxınlığı barədə deyilənləri əsassız hesab edərək, Avropanın aparıcı KİV-lərində yüzdən çox qeydin silinməsinə göstəriş verib.

"Euronews"xəbər verir ki, iş adamının vəkili bu iddiaların yoxlanılmamış məlumatlara əsaslandığını və müştərinin hüquqlarını pozduğunu bildirib.

Usmanov iddiasında həmçinin ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Ukraynada müharibə başladıqdan sonra tətbiq etdiyi sanksiyalara etiraz etmir. O, Kremllə "yaxın əlaqələrinin" olmadığını vurğulayaraq məhkəmə vasitəsilə müəyyən məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib, lakin məhkəmə sanksiyaları haqlı hesab edib. İddia ərizəsində iş adamı gələcəkdə Avropa hakimiyyət orqanlarının onun haqqında yayımlaya biləcəyi bəyanatlara qadağa qoyulmasını da istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31