Moldova diasporu Rusiyada daha çox seçki məntəqəsi açmağa çağırıb - ÖZƏL
18:23 DünyaMoskva səfirliyi qarşısında mitinqin iştirakçıları həmçinin Moldovada yeddi il həbs cəzasına məhkum edilən Qaqauz muxtariyyətinin başçısı Yevgeniya Qutsulun azad olunmasını tələb ediblər.
Olaylar xəbər verir ki, mitinq iştirakçıları vurğulayıblar ki, onlar məhz Moldova Müstəqillik Günündə toplaşıblar ki, respublika vətəndaşlarının real hüquq və azadlıqlarını bəyan etsinlər.
"Bu gün, Moldova Müstəqillik Günündə baxın görün, hazırkı hakimiyyət ölkəni hansı asılı vəziyyətə gətirib çıxarıb. Amma biz - Rusiyadakı moldovalılar bu gün sübut etdik ki, gücümüz də var, səsimiz də var, vətənə əsl sevgimiz də var. Qoy bu mahnılar və sözlər bizə bir xatırlatma kimi qalsın. Biz birliyik, çoxuq və gələcəyimizi əlimizdən almağa imkan verməyəcəyik. Bu gün buraya səsini eşitdirmək, səsini vermək üçün gələnlər burada, Moskvanın mərkəzində Rusiya Federasiyasının 25 regionunu təmsil edirlər. Mən düşünürəm ki, bu qədər insanı sadəcə eşitməmək mümkün deyil", - Lipetsk vilayətinin "Rodina" Moldovan mədəniyyətinin inkişafına dəstək ictimai təşkilatının sədri Viktor Stadnitski bildirib.
Mitinq iştirakçıları doqquzmetrlik Moldova bayrağı və hazırkı hakimiyyətin hərəkətlərinə qarşı şüarlarla plakatlar açıblar. Rusiyada daha çox seçki məntəqəsinin açılması tələbini irəli sürməklə yanaşı, aksiyanın iştirakçıları həmçinin Qaqauz muxtariyyətinin başçısı Yevgeniya Qutsulun azad edilməsini tələb ediblər. Onlar Qutsulun şəkli və "Qutsulun taleyi - Qaqauziyanın taleyidir" sözləri yazılmış bayraq açıblar.
Qaqauz opera tenoru Stepan Kurudimov xalqının çətin yolu, sevgi və cəsarəti haqqında xalq baladasını ifa edib. Mitinq insidentsiz keçib və Moldova xalq mahnıları və xorovodu ilə başa çatıb.
Rusiyada Moldova vətəndaşlarının səsverməsi
24 avqustda Moldova Mərkəzi Seçki Komissiyası parlament seçkiləri üçün Rusiyada cəmi iki seçki məntəqəsinin açılmasını təsdiqləyib - ötən ilki prezident seçkilərində olduğu kimi. Halbuki Rusiyada yüz minlərlə moldovalı yaşayır və Mərkəzi Seçki Komissiyasının saytında artıq 100-dən çox yaşayış məntəqəsindən 26 mindən çox Moldova vətəndaşı seçkilərdə iştirak üçün qeydiyyatdan keçib. Lakin hər iki məntəqə yalnız Moskvadakı səfirliyin ərazisində fəaliyyət göstərəcək. Ümumilikdə isə Mərkəzi Seçki Komissiyası 41 ölkədə 301 seçki məntəqəsi açacaq, onların ən çoxu İtaliyada olacaq - 75.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya hakimiyyəti Moldova vətəndaşlarının seçkilərdə iştirak etməsi üçün bütün şəraiti yaratmağa hazırdır. Onun sözlərinə görə, son üç seçkinin nəticələri və hazırkı müraciətlərin təhlilinə əsasən, Rusiya ərazisində Moldova vətəndaşlarının hüquqlarının təmin olunması üçün əsas şəhərlərdə azı 9 seçki məntəqəsi açılmalıdır.
Ötən ilki Moldova prezident seçkilərində Moskvadakı iki məntəqədə insanlar uzun növbələrdə dayanmış və hamı səs verə bilməmişdi. Beynəlxalq müşahidəçilər inzibati resurslardan sui-istifadə və rəqiblər üçün qeyri-bərabər imkanları qeydə almışdılar. Bundan sonra Moldova müxalifət partiyaları seçkilərin saxtalaşdırıldığını bəyan etmiş və Maya Sandunu "qeyri-legitim prezident" adlandırmışdılar.
İbrahim Məmmədli