ABŞ pilotsuz uçuş aparatlarının istifadəsində Rusiya və Ukraynadan xeyli geri qalır - ÖZƏL
18:15 DünyaABŞ pilotsuz aparatların hazırlanması və tətbiqində Rusiya və Ukraynadan geri qalır.
Olaylar "Politico" qəzetinə istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və döyüşlərdə istifadəsi sahəsində Rusiya və Ukraynadan xeyli geridədir.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin müdafiə proqramı direktoru Steysi Petticon bildirib ki, ABŞ-ın hazırda nə ucuz, nə də keyfiyyətli dron variantları mövcuddur:
"Biz çox ciddi şəkildə geri qalırıq. İstənilən dronumuz keyfiyyət və qiymət baxımından (Çinin) DJI dronlarından aşağı səviyyədədir. Bunun üçün lazımi sənaye bazamız yoxdur".
Ekspertlərin qənaətinə görə, ABŞ kamikadze dronlar, yerüstü pilotsuz aparat və kuryer dronlarının hazırlanması və tətbiqindən hələ çox uzaqdır. ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri Den Kolduel isə əsas problemin Silahlı Qüvvələr rəhbərliyinin "həmişə keçmişlə yaşaması" kimi köhnəlmiş yanaşmasında olduğunu deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi: Amerika mütəxəssisləri Ukrayna müharibəsində geniş istifadə olunan dron təcrübəsini yaxından öyrənirlər.
İyunun əvvəlində Tramp fərman imzalayaraq Federal Aviasiya Administrasiyasına milli dron texnologiyalarının hazırlanması və sınaqlarını sürətləndirmək, istehsal və ixrac imkanlarını artırmaq barədə göstəriş verib. O, həmçinin müasir dronlardan müdafiənin gücləndirilməsini tapşırıb. İyulda "Fox News" xəbər verib ki, ABŞ müdafiə naziri Pit Hegset bu sahədə Rusiyanı və Çini qabaqlamaq məqsədilə PUA istehsalının və yerləşdirilməsinin sürətləndirilməsini əmr edib.
İbrahim Məmmədli