ABŞ səfiri: Amerika diplomatları Fransada antisemitizmlə mübarizəyə dəstək verəcək - ÖZƏL
17:04 DünyaABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner Fransanın Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra açıqlama verib. Olaylar.az xəbər verir ki, o bildirib ki, Amerika diplomatları fransız tərəfi ilə birgə antisemitizmlə mübarizəyə, o cümlədən təhsil sistemi vasitəsilə, dəstək göstərəcəklər.
"XİN-də keçirilən görüşdə komandamızla birlikdə antisemitizmlə mübarizəni ümumi məqsəd kimi müəyyənləşdirdik. Razılaşdıq ki, Fransa milli planı çərçivəsində, ikitərəfli işçi qrupumuz və özəl təşkilatlarla əməkdaşlıq yolu ilə antisemitizmin kökünü kəsmək üçün qəti addımlar atacağıq", - deyə səfir X sosial şəbəkəsindəki paylaşımında vurğulayıb.
Xatırladaq ki, 24 avqustda Çarlz Kuşner Fransa prezidenti Emmanuel Makrona ünvanladığı məktubu The Wall Street Journal qəzetində dərc etdirib. Məktubda o, Fransa hakimiyyətini antisemitizmlə mübarizədə, xüsusilə uşaqlar arasında, yetərincə səy göstərməməkdə günahlandırıb. Fransanın Xarici İşlər Nazirliyi bu sözləri "qəbuledilməz" adlandıraraq beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib. Bunun ardınca 25 avqustda ABŞ səfiri XİN-ə çağırılıb.