Litvada sovet əsgərlərinin qalıqlarının köçürülməsi üçün dövlət maliyyələşməsi nəzərdə tutulub - ÖZƏL
15:46 DünyaLitva hökuməti qərar qəbul edib ki, ölkənin bələdiyyələri ictimai məkanlardan sovet əsgərlərinin qalıqlarını köçürmək və onları qəbiristanlıqlarda yenidən dəfn etmək üçün dövlət maliyyələşməsindən istifadə edə biləcəklər.
Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında qəbul edilən qərara əsasən, bu maliyyələşmə yalnız hökumət həmin dəfn yerlərinin ictimai məkanda "totalitar rejimin təbliğatına xidmət etdiyini" müəyyən etdikdən sonra ayrılacaq. Qeyd edək ki, 2025-ci il dövlət büdcəsində bu məqsəd üçün vəsait nəzərdə tutulmayıb. Lakin Litva hökuməti maliyyələşmənin 2026-cı il büdcəsinə daxil ediləcəyinə ümid edir.
Xatırladaq ki, bundan əvvəl Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Mixail Vanin bildirib ki, nazirlik Federasiya Şurasının sədri Valentina Matviyenkonun Qələbənin (nasiszm üzərində) bəşəriyyətin ümumi sərvəti kimi tanınması təşəbbüsünü irəli aparmaq niyyətindədir. O həmçinin vurğulayıb ki, Rusiya XİN-i və onun xaricdəki nümayəndəlikləri "Şərqi Avropanın əksər ölkələrində sovet əsgərlərinin abidələrinin taleyi ilə bağlı aparılan müzakirələrə qarşı mütəmadi səylər göstərirlər."