Netanyahu: İran ABŞ-ın ürəyinə çata biləcək ballistik raketlər hazırlayır

İsrailin baş naziri Benyamin Netanyahu İranın raket proqramı ilə bağlı səs-küylü açıqlama verib.

Olaylar.az xəbər verir ki, Netanyahu beynəlxalq ictimaiyyətə xəbərdarlıq edərək bildirib ki, İran hazırda Avropanın dərinliklərinə qədər çata bilən ballistik raketlər üzərində işləyir. Onun sözlərinə görə, Tehranın növbəti mərhələsi ABŞ ərazisini hədəfə ala biləcək qitələrarası ballistik raketlərin hazırlanması olacaq.

"İran indi Avropanın dərinliklərinə çata bilən ballistik raketlər hazırlayır. Sonrakı addımları isə qitələrarası ballistik raket olacaq. Onların uçuş məsafəsi 8 000 kilometrə çatacaq. Buna əlavə 3 000 kilometr də qoşulduqda, artıq Nyu-Yorka yetişəcəklər. Onlar Floridanı, Fort-Loderdeyli, Nyu-Yorku, Vaşinqtonu, Bostonu və daha sonra ABŞ-ın istənilən şəhərini vura biləcəklər. İran bu raketlərə nüvə başlıqları yerləşdirmək niyyətindədir. Bu, şayiə deyil - faktdır", - Netanyahu vurğulayıb.

O, beynəlxalq ictimaiyyəti İranın hərbi ambisiyalarına qarşı daha sərt tədbirlər görməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31