Ərdoğan və Putin ŞƏT sammitində görüşə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun sonunda Çin Xalq Respublikasında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində görüşə bilərlər.

Mənbə bildirib ki, liderlərin şəxsi münasibətləri nəzərə alınaraq, qarşılaşma, salamlaşma və qısa söhbət ehtimalı var. Lakin hələlik bu görüşün rəsmi və tam formatlı danışıqlar olub-olmayacağı məlum deyil.

Qeyd edək ki, Putin gələn həftə Çinə dörd günlük səfər edəcək və bu müddətdə Rusiya və Çin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31