Moskva istiqamətində strateji neft kəmərində partlayış baş verdi
13:58 DünyaRusiyada Moskva üçün strateji əhəmiyyət kəsb edən neft kəmərində partlayış olub.
Olaylar.az xəbər verir ki, hadisə "Ryazan-Moskva" magistralında baş verib və bu kəmər paytaxta yanacağın əsas tədarük kanalını təşkil edir.
Partlayış nəticəsində genişmiqyaslı yanğın başlayıb və hazırda yanğını söndürmək üçün tədbirlər davam etdirilir.
2018-ci ildən bu hissə "Transneft" şirkəti tərəfindən benzinin, o cümlədən Rusiyanın ordusunun ehtiyacları üçün nəqlinə yönəldilmişdi. Qəzadaən sonra Moskva istiqamətində neft məhsullarının tədarükü qeyri-müəyyən müddətə dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31