Tramp: Lavrovun Zelenski barədə iddiaları “göstərişdən başqa bir şey deyil” - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Kabinet iclasında Ukraynadakı sülh prosesinə dair sualları cavablandırıb. Olaylar.az xəbər verir ki, bir jurnalist Trampdan Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun son açıqlamalarını soruşub. Lavrov bir daha Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini şübhə altına alıb. Moskva iddia edir ki, Zelenskinin səlahiyyət müddəti bitib. Lakin dünya ölkələri və beynəlxalq təşkilatlar Zelenskinin legitimliyinə şübhə etmir. Həmçinin Ukrayna qanunları müharibə zamanı seçkilərin keçirilməsini qadağan edir. Tramp isə suala belə cavab verib:
"Onların dedikləri vacib deyil. Hamısı göstərişdir. Bu, hamısı mənasız sözdür" - deyə o bildirib və İngilis dilində daha sərt ifadə işlədib: "it's all bullshit".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31