Avropa Ukraynaya hərbi qüvvə göndərməkdə tərəddüd edir - ÖZƏL
12:31 DünyaAvropa ölkələri Ukraynaya hərbi qüvvə göndərməkdən çəkinirlər, çünki Vaşinqtonun istənilən anda onlarla kəşfiyyat məlumatları mübadiləsini dayandıra biləcəyindən ehtiyatlanırlar. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldəki European Policy Centre analitik mərkəzinin eksperti Pol Teylor Britaniyanın The Guardian qəzetində yazıb. Teylor qeyd edib ki, "Avropa hökumətləri Ukraynanın müharibədən sonrakı dövrdə dəstəyini təmin etmək üçün quru qoşunları, hava qüvvələri, raketdən müdafiə sistemləri, dəniz qüvvələri və ya təlimçilər göndərməli olub-olmamağı düşünərkən, ABŞ-nin Rusiya yeni hərbi gücünü artırarsa və ya hərbi əməliyyatları bərpa edərsə, onlara həyati əhəmiyyətli kəşfiyyat məlumatlarını verməyi dayandırmayacağına əmin deyillər". Ekspert həmçinin vurğulayıb ki, Avropa liderləri öz ölkələrindəki siyasi və iqtisadi çətinliklərlə üzləşir, Ukraynaya hərbi və maliyyə dəstəyini artırmaq və müharibədən sonrakı dövr üçün etibarlı təhlükəsizlik zəmanətləri hazırlamaq üçün çalışırlar. Onun sözlərinə görə, Avropa dövlətlərinin "hər hansı atəşkəs təmin edə biləcəyinə dair ciddi şübhələr" mövcuddur.