Levаn Sanikidze: “Sanksiyalar Gürcüstan vətəndaşlarına yox, hakimiyyətə yönəlməlidir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Levan Sanikidze bəyan edib ki, Qərbin mümkün sanksiyaları Gürcüstan vətəndaşlarına qarşı deyil, hakim "Gürcü Arzusu" partiyasının siyasi vertikalına yönəlməlidir.

Onun sözlərinə görə, partiya sədri Bidzina İvanişvili və Rusiya çalışır ki, Gürcüstan vətəndaşları Avropa İttifaqı ilə vizasız gediş-gəliş imkanından məhrum olsunlar.

Sanikidze qeyd edib: "Biz çalışırıq ki, vizasız rejim və liberallaşma 4 milyon vətəndaşımıza qarşı tətbiq olunmasın. Bu imkan insanlara ailə üzvlərini görmək, turizm, təcili tibbi yardım, iş axtarışı, tələbə mübadiləsi və digər gündəlik zəruri məqsədlər üçün lazımdır. İvanişvili və Rusiya isə bu imkandan xalqımızı məhrum etmək istəyirlər. Biz isə çalışacağıq ki, Qərbin sanksiyaları yalnız hakim partiyanın nümayəndələrinə təsir göstərsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31