Çin ABŞ və Rusiyanın nüvə danışıqlarına qoşulmaq tələblərini “ağlabatan saymır” - ÖZƏL
27 Avqust 2025 11:36 DünyaÇin Xarici İşlər Nazirliyi (XİN) ABŞ və Rusiyanın nüvə silahlarının azaldılması üzrə danışıqlarına Pekinin də qoşulması barədə irəli sürülən tələbləri "ağlabatan və real olmayan" adlandırıb. Olaylar.az xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Quo Jiakun ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Moskva ilə birgə nüvə arsenalının azaldılması və bu prosesə Çinin də cəlb edilməsi ilə bağlı açıqlamasına münasibət bildirib. "ABŞ və Çinin nüvə potensialları tamamilə fərqli səviyyədədir. Həmçinin iki ölkənin nüvə siyasəti və strateji təhlükəsizliyi təmin etmək yanaşmaları da bir-birindən fərqlənir. Buna görə də Çinin ABŞ və Rusiya ilə üçtərəfli nüvə danışıqlarına qoşulması tələbi nə realdır, nə də məntiqli", - deyə Çin XİN nümayəndəsi vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31