Kremlə açıq mesaj: “Reaksiyamız ciddi ola bilər”

"Qərb sülhməramlıları yaxşı təchiz edilmiş və özlərini müdafiə etmək qabiliyyətinə malik olmalıdırlar".

Olaylar.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.

"Ukrayna sülhü qorumaq üçün Qərbə arxalanmağı bacarmalıdır. Kreml bilməlidir ki, atəşkəs rejiminin pozulması Kiyevin müttəfiqlərinin də ciddi reaksiyasına səbəb ola bilər", - o bildirib.

Aİ diplomatı hesab edir ki, bu baxımdan sadəcə atəşkəs rejiminə nəzarət etmək kifayət deyil.

Bundan əvvəl NATO münaqişə bitdikdən sonra da Ukrayna Silahlı Qüvvələrini gücləndirəcəyinə söz verib. Öz növbəsində, Rusiya Moskva üçün təhlükə yarada biləcək istənilən təhlükəsizlik zəmanətinə qarşı çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31