Ukrayna zərbələri Rusiyanın neft emalı gücünü 17% azaltdı - ÖZƏL
10:31 DünyaUkraynanın son hücumları nəticəsində Rusiyanın 10 neft emalı zavoduna ziyan dəyib. Olaylar.az xəbər verir ki, Reuters-in məlumatına görə, bu zərbələr Rusiyanın ümumi neft emalı gücünün azı 17 faizini - gündəlik təxminən 1,1 milyon bareli sıradan çıxarıb. Son vaxtlar Kiyev daha çox neft emalı zavodlarını, yanacaqdoldurma məntəqələrini və hərbi-sənaye obyektlərini hədəfə alır. Bununla Ukrayna Moskvanın nefti emal və ixrac imkanlarını zəiflətməyə çalışır.
Eyni zamanda, Euronews yazır ki, bu kampaniya bəzi Rusiya bölgələrində qaz qıtlığına da səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31