Makron siyasi böhran fonunda istefa verməyəcək

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 8-də Milli Assambleyada etimad səsverməsi ilə üzləşəcək Fransua Bayru hökumətinin ehtimal olunan süqutu kontekstində istefasının mümkünlüyünü istisna edib.

"Report"un məlumatına görə, bu barədə Makron "JDNews"a müsahibəsində deyib.

"Prezident olmaq, seçildiyiniz, ən əsası isə ölkə üçün düzgün hesab etdiyinizi etmək deməkdir. Mən bunu ilk gündən edirəm və son saata qədər də davam etdirəcəyəm", - o deyib.

Nəşr yazıb ki, "Üsyankar Fransa" solçu partiyasının təsisçisi Jan-Lük Melanşon Bayru hökumətinin mümkün gedişindən sonra parlamentin buraxılması ilə əlaqədar Makronun istefasına üstünlük verəcəyini deyib.

Öz növbəsində, çərşənbə axşamı "Elabe"nin BFM telekanalı üçün keçirilən sorğusunun məlumatları göstərir ki, Fransa sakinlərinin təxminən 72 %-i sentyabrın 8-də hökumətə etimad səsverməsinin hökumətin istefası ilə nəticələnəcəyinə ümid edir. Respondentlərin 27 %-i hökuməti dəstəkləyib, qalanları cavab verməkdə çətinlik çəkib. Respondentlərin 76 %-nin fikrincə, baş nazir Fransua Bayrunun təqdim etdiyi büdcə layihəsi dövlət borcunun azaldılmasında səmərəsizdir. Respondentlərin 67 %-i Prezident Makronun istefasını dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31