Avropaya qanunsuz miqrasiyanın qarşısının alınması ortaq prioritetimizdir - Merts
19:24 DünyaAvropaya qanunsuz miqrasiyanın qarşısının alınması ortaq prioritetimizdir.
Olaylar xəbər verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan Belçikanın Baş naziri Bart De Vever ilə mətbuata bəyanatında bildirib.
Almaniyanın sığınacaq axtaranların sayının 40 faizdən çox azaldılmasına nail olduğunu qeyd edən Kansler deyib:
"Bu, bizim üçün ümumi Avropa sığınacaq sistemi baxımından önəmlidir. Çünki burada da ortaq xarici sərhədlərin qorunmasına nail olmaq istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31