Politoloq Drulak: Tramp Ukraynaya dəstəyi dayandırmaq üçün bəhanə axtarır - ÖZƏL
19:36 DünyaABŞ lideri Donald Tramp Vaşinqton tərəfindən Ukraynaya göstərilən dəstəyi dayandırmağı planlaşdırır və bunu etmək üçün bəhanə axtarır.
Olaylar xəbər verir ki, bu barədə Çexiyalı politoloq Petr Drulak "Parlamentní listy"-ə açıqlama verib.
"Tramp hadisələrin baş verməsini gözləyir ki, ona əvvəllər təsəvvür etmək və ya əsaslandırmaq çətin görünən qərarı verməyə imkan yaratsın. Bu, Kiyev rejiminin iflası ola bilər", - ekspert bildirib.
Əvvəlcə Türkiyəli analitik Mehmet Əli Bal da bildirmişdi ki, Ukraynanın ərazilərini itirməsi ABŞ üçün mövcudluq təhlükəsi yaratmır və Vaşinqton bunu Rusiya və Çin ittifaqına qarşı kompromis olaraq qurban verə bilər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31