Dmitriyev: Putin və Tramp arasındakı dialoq dünyanı dəyişəcək - ÖZƏL
19:29 DünyaRusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasındakı dialoq dünyanı dəyişəcək və qlobal təhlükəsizliyi təmin edəcək.
Olaylar xəbər verir ki, Dmitriyev bu dialoqun həm təhlükəsizlik, həm də rifah baxımından böyük önəm daşıdığını vurğulayıb.
ABŞ Prezidenti 18 avqustda, Alyaskada Putinin iştirakı ilə görüşdən sonra Vladimir Zelenski, Finlandiya və Fransa prezidentləri Aleksander Stubb və Emmanuel Makron, Böyük Britaniya Baş Naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və İtaliya Baş Naziri Corcya Meloni ilə də görüş keçirib. Görüşdə Avropa Komissiyasının sədri Ursula fon der Lyaen və NATO baş katibi Mark Rütte də iştirak edib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ liderləri Moskva və Kiyev arasında birbaşa məsləhətləşmələrin davam etdirilməsini dəstəkləyiblər və onların səviyyəsinin artırılması ideyası müzakirə olunub.
İbrahim Məmmədli