Fransa Baş Naziri Makronun büdcə üzrə referendumun keçirilməsi ilə bağlı narahatlıqlarından danışıb - ÖZƏL

Fransa Baş Naziri Bayru büdcə layihəsi uğrunda mübarizə aparacağını açıqlayıb.

Olaylar xəbər verir ki, Fransa Baş Naziri Fransua Bayru milli büdcə və iqtisadiyyat üzrə referendumun keçirilməsini dəstəkləməyə hazır olduğunu bildirib. Lakin Prezident Emmanuel Makron bunun nəticəsinin dövlət siyasətinə təsir edə biləcəyindən narahatdır.

Bayru jurnalistlərə gələcək büdcə layihəsi uğrunda mübarizə aparacağını və hökumətə etimad səsverməsini təşəbbüs edəcəyini açıqlayıb. O, həmçinin bildirib ki, bu addım müxalifətin əlavə xərclər və yeni vergilər tətbiq etməklə təzyiq göstərməsinin qarşısını almağa yönəlib.

Baş Nazir qeyd edib ki, sentyabrın 8-də Milli Məclisdə hökumətə etimad məsələsi səsverməyə çıxarılacaq. Bayruya görə, bu qərar iqtisadi böhran və dövlət borcunun davamlı artması ilə bağlıdır; Fransanın dövlət borcu artıq €3,4 trilyona çatıb və hər saat təxminən €12 milyon artır.

Hökumətin planına görə, 2026-cı ildə müxtəlif tədbirlər hesabına €43,8 milyard qənaət edilməli və büdcə defisiti ÜDM-in 4,6%-i səviyyəsində saxlanmalıdır. 2024-cü ildə bu göstərici 5,8% idi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31