Zaxarova Aİ-nin Rusiya diplomatlarına qarşı hədəsinə mahnı sözləri ilə cavab verib - ÖZƏL

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Avropa İttifaqı Rusiya diplomatlarının sərbəst hərəkətinə qadağa tətbiq edərsə, Avropa diplomatları buna cavab olaraq "qıfıllanacaq və bağlanacaqlar".

Olaylar xəbər verir ki, "Bu, Vısotskinin ifadəsi ilə desək, Avropa diplomatlarının "podsedlanması və strenojedilməsi" deməkdir"-deyə Zaxarova qeyd edib.

Əvvəllər Çexiya XİN-in rəhbəri Yan Lipavski Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketində Rusiya diplomatlarının Şengen zonasındakı sərbəst hərəkətinə qadağa ola biləcəyini bildirmişdi.

Rusiyanın XİN nümayəndəsi həmçinin vurğulayıb ki, Avropa İttifaqı Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırsa, Moskva cavab tədbirləri görəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31