Rus kilsəsi qadınları “ölkəni məhv etməklə” İTTİHAM ETDİ

Musavat.com xəbər verir ki, Rusiya Pravoslav Kilsəsində qalmaqallı bəyanat səsləndirilib.

Skopinsk yepiskopu çıxışında bildirib ki, qadınların kütləvi şəkildə tarotçulara, falçılara və numeroloqlara müraciət etməsi ölkəni məhvə sürükləyə bilər.

Onun sözlərinə görə, bu cür "cadugərlərə" edilən hətta bir dəfəlik müraciət belə lənətə səbəb ola, insan həyatına və bütövlükdə cəmiyyətə mənfi təsir göstərə bilər:

"Qadınların bu yolla öz talelərini öyrənməyə cəhd etməsi, əslində, ölkənin mənəvi dayaqlarını dağıdır və şeytani qüvvələri cəlb edir. Cinlərin çağırılmasına səbəb ola biləcək bu hərəkətlər Rusiyanın gələcəyi üçün böyük təhlükədir".

Qeyd edək ki, son illərdə Rusiyada falçılıq və müxtəlif "mistik xidmətlərə" marağın kəskin artması barədə məlumatlar yayılıb. Pravoslav kilsəsi isə bu tendensiyanı sərt tənqid edir və onu ölkənin mənəvi böhranı kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31