Ukraynadan dron HÜCUMU: Rusiyanın əsas terminalı fəaliyyətini DAYANDIRDI
16:57 DünyaAvqustun 24-də Ust-Luqa limanında baş verən dron hücumu nəticəsində "Novatek" şirkətinə məxsus qaz kondensatı emal kompleksi fəaliyyətini dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilri ki, kompleksdə kerosin və mazut istehsal olunur.
Mənbələrin məlumatına görə, ilin ilk yarısında 4,2 milyon ton qaz kondensatı emal edən zavodda üç aqreqatdan (parçalayıcılardan) biri sıradan çıxıb. Digər mənbələr PUA qalıqlarının zavod ərazisinə düşməsi və yanğın nəticəsində iki splitterin zədələndiyini qeyd edirlər.
"Yanğın səbəbindən bazar günü bütün kompleks fəaliyyətini dayandırıb. Emalın nə zaman və hansı həcmdə bərpa olunacağı hələ məlum deyil", - mənbə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31