ABŞ və Rusiya enerji sazişlərini Ukrayna münaqişəsinin həlli ilə əlaqələndirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Reuters-in məlumatına görə, ABŞ və Rusiya arasında enerji sahəsində mümkün sazişlər Stiv Vitkoffun Moskvaya son səfəri zamanı müzakirə edilib. Agentliyin mənbələri bildiriblər ki, bu danışıqların əsas məqsədi Kremlin Ukrayna ilə sülh sazişi imzalamasına təkan vermək olub.

Müzakirələrdə ABŞ-nin "Exxon Mobil" şirkətinin "Saxalin-1" layihəsinə qayıtması və Rusiyanın mayeləşdirilmiş təbii qaz istehsalı üçün ABŞ avadanlığı alması perspektivləri nəzərdən keçirilib, - deyə BBC yazır.

Mənbələrin sözlərinə görə, məsələ həmçinin ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə, eləcə də 15 avqustda Alyaskada keçirilən sammitdə də gündəmə gətirilib.

"Ağ Ev çox istəyirdi ki, Alyaska sammitindən sonra iri investisiya sazişi barədə gurultulu başlıqlar yayılsın. Tramp bu yolla özünü nəyəsə nail olmuş kimi hiss edir", - Reuters-in həmsöhbətlərindən biri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31