Aİİ Vyetnamdan gətirilən geyim məhsullarına rüsum tətbiq edir – ÖZƏL
14:44 DünyaAvrasiya İqtisadi İttifaqının Kollegiyası Vyetnamdan Azad Ticarət Sazişi çərçivəsində güzəştli tariflə idxal olunan bəzi geyim növlərinə altı ay müddətinə rüsumların tətbiq edilməsi barədə qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə qurumun ticarət bloku məlumat yayıb.
Bildirilib ki, qoruyucu tədbirin tətbiqinə səbəb Vyetnamdan idxalın sazişdə nəzərdə tutulmuş "trigqer səviyyəsini" aşması olub.
Qərara əsasən, rəsmi dərcindən 30 gün sonra qüvvəyə minəcək tədbir müddətində, yəni altı ay ərzində Vyetnamdan gətirilən həmin geyim növlərinə Aİİ-nin Birləşmiş Gömrük Tarifində nəzərdə tutulan dərəcə tətbiq olunacaq.
Qurumun açıqlamasında qeyd olunub ki, bu addım Aİİ istehsalçılarının maraqlarını qorumağa və Vyetnamdan nəzərdə tutulandan artıq həcmdə gömrüksüz idxalın qarşısını almağa yönəlib.