BMT-dən Ukrayna ilə bağlı XƏBƏRDARLIQ
13:43 DünyaUkraynada bir milyondan çox mina basdırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının Ukraynadakı Minalardan Təmizləmə Proqramının rəhbəri Pol Heslop bildirib.
BMT rəsmisi hesab edir ki, minaların zərərsizləşdirilməsi on ildən çox vaxt aparacaq.
"Artıq bir milyondan çox mina Ukrayna ərazisinə səpələnib və rus qoşunları geri çəkilərkən bəzi bölgələrdə tələlər qurmağa davam edir. Buraya həm tank əleyhinə, həm də piyada əleyhinə minalar daxildir", - Pol Heslop deyib.
O əlavə edib ki, bəzi ərazilərdə, xüsusən də bufer zonasında döyüşlərdən sonra çoxlu sayda partlamamış mərmi, raket və qumbaraatan qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31