İran Ukraynanın vizasız gediş-gəlişi ləğv etməsinə cavab verəcək - ÖZƏL
13:40 Dünyaİran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai Ukraynanın İran diplomatları üçün vizasız gediş-gəlişi ləğv etməsinə münasibət bildirib. Olaylar.az xəbər verir ki, o, Tehranın bu qərara cavab olaraq qarşılıqlı addımlar atacağını açıqlayıb. "Ukraynanın iranlı diplomatlar üçün vizasız gediş-gəlişi ləğv etməsinə cavab tədbirləri görüləcək. Hazırda detallar üzərində işlənilir", - deyə Baqai həftəlik mətbuat konfransında vurğulayıb.
Xatırladaq ki, Ukrayna Nazirlər Kabinetinin nümayəndəsi Taras Melniçuk avqustun 20-də hökumətin İranla 1993-cü ildə imzalanmış diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəliş haqqında memorandumun qüvvədən düşdüyünü açıqlayıb. Bundan əvvəl, 2024-cü ilin noyabrında isə Kiyev Tehranla 1993-cü ildə bağlanmış hava əlaqələri sazişini dayandırmışdı.
Ukrayna tərəfi İrandan Rusiyaya dəstək göstərməkdə şübhələndiyini bildirir.