Ermənistanda Samvel Karapetyanın həbsi siyasi təqib kimi qiymətləndirilir – ÖZƏL

18 iyun 2025-ci ildən etibarən Samvel Karapetyan "Birincitaxt Əçmiədzin"i müdafiə edən müsahibəsinə görə qanunsuz həbsdə saxlanılır. 

Olaylar.az xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan sosial şəbəkədə məlumat verib.

Vəkil qeyd edib ki, Antikorrupsiya Məhkəməsinin həbs müddətinin uzadılması ilə bağlı qərarından verilən şikayət uzun müddət sonra Apellyasiya Məhkəməsinin hakimi J. Meliksetyanın icraatına qəbul edilib.

Onun sözlərinə görə, Kassasiya Məhkəməsinin Antikorrupsiya Palatası da yaxınlarda belə hallarda alternativ qətimkan tədbirlərinin tətbiqini tələb edən presedent qərar qəbul edib. Həmçinin, Konstitusiya Məhkəməsinin 4 avqust 2025-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilərək "həmişə azadlığa üstünlük verilməli olduğu" vurğulanıb.

"Bu açıq hüquqi təminatlara baxmayaraq, heç bir əsas olmadan, sırf siyasi təqib nəticəsində Samvel Karapetyan artıq 70 günə yaxındır qanunsuz həbsdə saxlanılır", - deyə Vardevanyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31