Tanklar keçə bilməyəcək: Finlandiya və Polşadan Rusiyaya qarşı TƏHLÜKƏLİ TƏLƏ

Finlandiya və Polşa Rusiya ilə sərhədlərini qorumaq məqsədilə sərhəd bölgələrində bataqlıqların bərpasını nəzərdən keçirir.

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşr yazır ki, Finlandiya və Polşa sərhədlərin müdafiəsi və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə çoxməqsədli tədbir kimi bataqlıqların bərpası imkanlarını fəal şəkildə araşdırırlar.

Qeyd olunur ki, Avropadakı bir çox bataqlıq əraziləri Rusiya ilə sərhədlərin yaxınlığında yerləşir və bu ərazilər potensial olaraq hərbi yük maşınları və tanklar üçün təhlükəli tələyə çevrilə bilər.

Finlandiyanın Ətraf Mühit Nazirliyi hesab edir ki, bataqlıqların bərpası eyni zamanda bir neçə məqsədə xidmət edən uğurlu strategiyadır.

Daha əvvəl isə İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Mikael Klasson SVT telekanalına müsahibəsində Rusiyanın NATO-nun zəif nöqtələrini sınaqdan keçirdiyini və alyansın reaksiyasını qiymətləndirmək üçün əraziləri ələ keçirməyə cəhd edə biləcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31