İsraildə girovların azadlığı və müharibənin dayandırılması ilə bağlı etirazlar artıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, The Times of Israel yazır ki, İsrailin əsas yolları girovların azad olunması və Qəzzadakı müharibənin dayandırılması tələbi ilə keçirilən etirazlar fonunda bağlanıb. Aksiya iştirakçıları həmçinin nazirlərin evləri qarşısında toplaşırlar.

Girov Matana Zangaukerin anası Einav Zangauker bildirib ki, 690 gün davam edən "aydın məqsədsiz müharibədən" sonra baş nazir Benyamin Netanyahu yalnız "ictimai təzyiqdən qorxur". Onun sözlərinə görə, hökumət girov ailələrinə və əsirlikdən qurtulanlara hücum edərək onları susdurmağa çalışır.

"Bizim gözəl ölkəmiz var, amma hökumətimiz yoxdur", - deyə Zangauker bildirib və ictimaiyyəti etirazlara qoşulmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31