Çin: Tramp və Si Cinpin arasında diplomatiya münasibətlərdə həlledici rol oynayır - ÖZƏL

Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpin arasında diplomatik əlaqələrin vacibliyini vurğulayıb. Olaylar.az xəbər verir ki, nazirliyin sözçüsü Quo Jiakun bildirib ki, dövlət başçılarının diplomatiyası Çin-ABŞ münasibətlərində əvəzolunmaz strateji rol oynayır. Onun sözlərinə görə, Pekin həmişə qarşılıqlı hörmət, sülh şəraitində birgəyaşayış və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Çin-ABŞ əlaqələrini inkişaf etdirib və bu yolda öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edib. "Ümid edirik ki, ABŞ da eyni istiqamətdə addımlar atacaq, iki ölkə arasında münasibətlərin sabit, sağlam və dayanıqlı inkişafına töhfə verəcək", - deyə Qo Jiakun əlavə edib. XİN rəsmisi həmçinin vurğulayıb ki, Çin və ABŞ liderləri sıx təmasları davam etdirirlər.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp cari ildə və ya yaxın vaxtlarda Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb. O, Si Cinpinlə "nisbətən yaxın vaxtlarda" danışdığını da xatırladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31