Fon der Leyen: “AB ilə ABŞ arasında razılaşma ticarət müharibəsinin qarşısını aldı” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, ABŞ və Avropa İttifaqı arasında tariflərlə bağlı əldə olunan razılaşma "şüurlu qərar" olub və bu addım mümkün ticarət müharibəsinin qarşısını alaraq güclü, müstəqil Avropanın qurulmasına imkan verir.

"Bir an təsəvvür edin ki, dünyanın iki ən böyük demokratik iqtisadiyyatı razılığa gələ bilməsəydi və ticarət müharibəsinə başlasaydı. Bununla yalnız Moskva və Pekin sevinərdi", - deyə o vurğulayıb.

Fon der Leyen əlavə edib ki, ABŞ ilə əldə olunan razılaşma Avropaya digər ticarət təminatları da verir. Onun sözlərinə görə, Aİ ixrac bazarlarını diversifikasiya etməyə davam edir: "Biz yaxın vaxtlarda Meksika və MERCOSUR ilə saziş imzaladıq, İsveçrə və Böyük Britaniya ilə münasibətləri dərinləşdirdik. İndoneziya ilə danışıqları başa çatdırmışıq və ilin sonuna qədər Hindistanla razılaşma əldə etməyi planlaşdırırıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31