Çin Yaponiyaya sərt etiraz etdi – Tokioya paradı boykot çağırışına görə nota verildi - ÖZƏL
11:32 DünyaÇin Xarici İşlər Nazirliyi Yaponiyaya ciddi etirazını bildirib. Səbəb Tokionun Avropa və Asiya ölkələrinin rəhbərlərinə 3 sentyabrda Pekində keçiriləcək hərbi paradda iştirak etməməsi barədə çağırışıdır. Olaylar.az xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Quo Jiakun məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Çin yayılan məlumatı diqqətə alıb və Yaponiyadan izahat tələb edib: "Çin baş verənləri diqqətlə izləyib və Yaponiyaya ciddi etirazını bildirib, izahat verməsini tələb edib," - deyə diplomat vurğulayıb. Qeyd edək ki, Pekində keçiriləcək parad Çin xalqının yapon təcavüzünə qarşı Müqavimət Müharibəsində qələbəsinin 80-ci ildönümünə həsr olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31