Gürcüstan 22 xarici vətəndaşı, o cümlədən rusiyalıları deportasiya etdi - ÖZƏL

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti 22 xarici vətəndaşı ölkədən deportasiya edib. Onların arasında Rusiya vətəndaşları da var. Olaylar.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Misir, Hindistan, İordaniya, İran, Keniya, Rusiya, Suriya, Türkiyə, Türkmənistan və Pakistan vətəndaşları ölkədən çıxarılıb. Deportasiya olunan şəxslərə Gürcüstana giriş qadağan olunub. Avqustun 19-da da Gürcüstan DİN 30 nəfər xarici vətəndaşın deportasiyası barədə məlumat yaymışdı. Onların arasında da rusiyalılar olub. Son vaxtlar Gürcüstanda qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Parlament miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirib. Nazirlik isə hər ay onlarla əcnəbinin ölkədən çıxarıldığını bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31