Günəşdə gün ərzində üç güclü partlayış
10:44 DünyaBu gün Günəşdə gün ərzində üç partlayışqeydə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə RusiyaTətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, alimlər bu gün 2025-ci il iyunun 20-dən etibarən Günəşdə ən güclü partlayışı qeydə alıblar. Onun maksimal şüalanması Bakı vaxtı ilə saat 9:24-də qeydə alınıb. Partlayış M4.6 səviyyəsinə çatıb və müasir beş ballıq sistem üzrə dördüncü kateqoriyaya aid edilib.
"Hazırda fəaliyyət mərkəzləri hələlik Yerə birbaşa istiqamətlənmədən uzaqdır, lakin yaxın sutkalar ərzində onlar elə yerdəyişmə edə bilər ki, planetimizə təsir ehtimalı əhəmiyyətli dərəcədə artacaq", - deyə laboratoriyadan qeyd edilib.
Günəşdə Bakı vaxtı ilə 19:18-də isə rentgen diapazonunda M1.2 sinfinə aid partlayış baş verib.
Qeyd edək ki, M1.2 partlayış gücünə görə sondan əvvəlki səviyyəyə aiddir.
Alimlərin məlumatına görə, plazma emissiyalarının ilk periferik təsirləri Yerə avqustun 25-də axşam saatlarında təsir edə bilər, əsas təsir isə avqustun 26-da günün ikinci yarısında gözlənilir.