Ukraynadan Belarusa qaçan hərbi xidmətdən yayınanların sayı iki dəfə artıb - ÖZƏL
26 Avqust 2025 10:32 DünyaUkraynada hərbi xidmətdən yayınaraq Belarusa qaçmaq istəyənlərin sayı kəskin artıb. Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti "Sledstvie.İnfo" nəşrinə məlumat verib.
Rəsmi rəqəmlərə görə, 2025-ci ildə Belarusla sərhəddə 18-60 yaş arasında olan 911 kişi saxlanılıb. Bu göstərici son üç ilin ümumi rəqəmlərindən iki dəfə çoxdur. Belə ki, 2022-ci ildə 61, 2023-cü ildə 26, 2024-cü ildə isə 336 nəfər sərhədi qanunsuz keçməyə cəhd göstərmişdi. Ən çox saxlanılanların Rovno vilayətində olduğu, daha sonra isə Jitomir, Volın və Kiyev vilayətlərinin gəldiyi bildirilir. Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko avqustun 24-də açıqlamasında qeyd edib ki, ümumilikdə il ərzində ölkədən qaçmağa çalışan 13 mindən çox vətəndaş saxlanılıb. Xatırladaq ki, Ukraynada 2022-ci ilin fevralından etibarən ümumi səfərbərlik elan olunub və dəfələrlə uzadılıb. Hakimiyyət kişilərin hərbi xidmətdən yayınmasına qarşı sərt tədbirlər görür. Sosial şəbəkələrdə isə mütəmadi olaraq güclü mobilizasiya səhnələri və vətəndaşlarla hərbi komissarlıqlar arasında gərginliklərin görüntüləri yayılır. Bir çox kişi ya rüşvət verməklə, ya da həyatlarını təhlükəyə ataraq ölkədən çıxmağa çalışır.