Küçənin ortasında 3,6 metr uzunluğunda ilan tutuldu

ABŞ-nin Cənubi Karolina ştatında küçədə 3,6 metr uzunluğunda torlu piton tutulub.

Hadisə ştatın Nyuberri dairəsində baş verib.

Nəhəng sürünənin bir neçə həftə ərzində Nyuberri sakinlərinin narahatlığına səbəb olduğu bildirilir.

İlan yerli sakinlər tərəfindən tutulub.

İlanın mənşəyi sirr olaraq qalır. Belə ki, Nyuberri dairəsində bu növ ilana rast gəlinmir. Pitonun əvvəllər ev heyvanı olduğu, lakin çox böyüdüyü üçün küçəyə atıldığı güman edilir. İlanı tutan şəxslərdən biri olan Uorren Qallman pitona başqa sahib tapılana qədər onu evində saxlamağa qərar verib. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31