Dərbənddə qidadan kütləvi zəhərlənmə baş verib
20:38 DünyaRusiyanın Dağıstan Respublikasının Dərbənd rayonundakı istirahət mərkəzində 30-a yaxın insan qidadan zəhərlənib.Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb."Dərbənd rayonundakı "Rubas" istirahət mərkəzində qidadan zəhərlənmə hadisəsi baş verib. 25-i uşaq olmaqla, 28 zərərçəkən barədə məlumat daxil olub", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31