Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir - ÖZƏL

Amerika Birləşmiş Ştatları artıq Ukraynaya pul xərcləmir, - bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz artıq Ukraynaya heç nə ödəmirik, bunu bilirdinizmi?" - deyə Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

Olaylar xəbər verir ki, bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb Trampın "səbirinin tükənməkdə olduğunu" demişdi.

Britaniyanın "The Telegraph" qəzeti yazır ki, əgər Amerika prezidentinin təşəbbüsləri uğurla nəticələnməsə, Kiyevi fəlakət gözləyir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31